AZ

Həbs olunmuş oğlunu azad etmək adı ilə vətəndaşın 16 min manatını ələ keçirən şəxs tutulub

Mingəçevir. Trend:

Həbs olunmuş oğlunu azad etmək adı ilə vətəndaşın 16 minmanatını ələ keçirən şəxs tutulub.

Trend xəbərverir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxilolmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşınetibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 44 yaşlıVüqar İdrisov saxlanılıb.

O, azadlıqdan məhrum edilmiş şəxsi həbsdən azad etdirəcəyinədair yalan vədlər verərək zərərçəkmişin 16 min manat pulunu ələkeçirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həminşəxs barəsində həbs qətimkan tədbiri seçilib.

V.İdrisovun qanunsuz əməllərindən zərər görən digər vətəndaşlarolarsa polis orqanlarına məlumat verə bilərlər.

Seçilən
132
16
az.trend.az

10Mənbələr