AZ

Bu dərmanları qəhvə ilə qəbul etmək təhlükəlidir

Qəhvənin tərkibindəki maddələr bəzi dərmanların mənimsənilməsinə, parçalanmasına və orqanizmdə istifadəsinə təsir göstərə bilər.

BAKU.WS xəbər verir ki, aşağıdakı dərmanlarla ehtiyatlı olmaq tövsiyə edilir:

Qan durulducular (antikoaqulyantlar) – Qəhvə qan durulducu dərmanların təsirini gücləndirə bilər.

Antidepressantlar – Onların mənimsənilməsini zəiflədə bilər.

Antipsixotik dərmanlar – Qəhvə ilə birgə qəbulu təsirini azalda bilər.

Astma dərmanları – Yan təsirləri artıraraq mənimsənilməsini zəiflədə bilər.

Təzyiq dərmanları – Orqanizmə daha az sorulmasına səbəb ola bilər.

Altsheymer və demensiya dərmanları (xolinesteraza inhibitorları) – Effektivliyini azalda bilər.

Soyuqdəymə və allergiya dərmanları (feksodenadin və psevdofedrin tərkibli preparatlar) – Qəhvə ilə birgə qəbul edildikdə yan təsirlərin riskini artıra bilər.

Diabet dərmanları – Qanda şəkərin səviyyəsinə mənfi təsir edə bilər.

Metotreksat (xərçəng və autoimmun xəstəliklərdə istifadə olunur) – Qəhvə bədənin bu dərmanı mənimsəmə formasını dəyişə bilər.

Osteoporoz dərmanları – Effektivliyini azalda bilər.

Antibiotiklər (xinolon qrupu, məsələn, siprofloksasin) – Yan təsirlərini artıra bilər.

Qalxanabənzər vəz dərmanları – Effektivliyini azalda bilər.

Həkimlə məsləhətləşmədən bu dərmanları qəhvə ilə qəbul etmək məsləhət görülmür.

Seçilən
58
1
far.az

2Mənbələr