AZ

"Xalq Həyat Sığorta" ötən ili 1,7 milyon manat mənfəətlə başa vurub - HESABAT

“Xalq Həyat Sığorta" şirkəti 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, sığorta şirkəti ötən ili 1 milyon 728 min manat xalis mənfəətlə burub.

Hesabat dövründə şirkət 524,8 min manat mənfəət vergisi ödəyib.

“Xalq Həyat Sığorta" şirkətinin birbaşa sığorta üzrə yığımları 11 milyon 365 min manat, sığorta  ödənişlərində  təkrarsığortaçıların payı 80,4 min manat,  investisiya gəlirləri 1 milyon 735 min manat, cəmi gəlirləri isə 13 milyon 100 min manat təşkil edib.

Əvvəlki illə müqayisədə birbaşa sığorta üzrə yığımları 1 milyon 170 min manat (11,5%), sığorta  ödənişlərində  təkrarsığortaçıların payı 75,4 min manat (16,1 dəfə), cəmi gəlirləri isə 2 milyon 413 min manat (22,6%) artıb.

Seçilən
65
1
fed.az

2Mənbələr