AZ

“Milan” yeni baş məşqçisini tapdı

“Marsel”in baş məşqçisi Roberto De Zerbi “Milan”ı çalışdıra bilər.

Msport.az xəbər verir ki, komandanın hazırkı çalışdırıcısı Serxiu Konseysau istefaya göndərilərsə, əsas namizəd məhz italiyalı mütəxəssis sayılır.

De Zerbi 2024-cü ilin yayından “Marsel”i çalışdırır. Bundan əvvəl o, “Brayton”, “Şaxtyor”, “Sassuolo”, “Benevento” və “Palermo”da çalışıb.

“Milan” Antonio Konte (“Napoli”) və sabiq baş məşqçisi Massimiliano Alleqrinin namizədliyini də nəzərdən keçirir.

Qeyd edək ki, “Milan” 30 turdan sonra 47 xalla İtaliya A Seriyasında turnir cədvəlinin 9-cu yerdədir.

Seçilən
42
msport.az

1Mənbələr