Bakı. Trend:
Dünyanın geosiyasi mənzərəsində qeydə alınan dəyişikliklərCənubi Qafqaza da təsirsiz ötüşməyərək, burada proseslərin inkişafaxarına özünəməxsus şəkildə yön verir. Azərbaycan uğurlu xaricisiyasəti, eyni zamanda yeni dünya nizamının formalaşmasında artıqöz rolunu oynamağa başlaması fonunda baş verən dəyişiklikləri özmaraqları ilə müvəffəqiyyətlə uzlaşdırır. Şübhə doğurmur ki,Azərbaycan qarşıdakı dövrdə həm regionda lider statusunu daha dagücləndirəcək, həm də daha geniş coğrafi məkanda nüfuz və təsirdairəsini genişləndirəcək. Bunu şərtləndirəcək daha bir faktornüvəsində Azərbaycanın da yer aldığı türk dünyasının yeni intibahdövrünün başlanmasıdır.
Azərbaycana qarşı düşmənçilik siyasətindən hələ də əl çəkməyənErmənistana gəlincə, bu ölkə artıq bir çox erməni ekspertlərininözlərinin də etiraf etdiyi kimi geosiyasi, geoiqtisadi uçurumayuvarlanır. Bunu şərtləndirən səbəblər çoxsaylıdır, Ermənistanınözündən, eləcə də xarici faktorlardan qaynaqlanır. Xüsusən dəRusiya və İranla bağlı proseslər Ermənistan üçün yeni problemlərəyol açır. Faktdır ki, Ermənistanın 1990-cı illərdən bəri bir dövlətkimi varlığının təmin olunmasında bu iki ölkə müstəsna rol oynayıb.Ancaq xislətindən əl çəkməyən ermənilər son illərdə ruslara, eləiranlılara qarşı sözün əsl mənasında xəyanətkar mövqe sərgiləyiblərvə bu siyasət indi də davam edir. Məsələn, rəsmi İrəvan Qərbinlehinə Rusiya ilə əməkdaşlığını arxa plana atır. Bu, hərbi, siyasivə digər bir çox sferalarda özünü qabarıq şəkildə büruzə verir.Artıq faktdır ki, Ermənistan Rusiyanın liderlik etdiyi bir sıratəşkilatlarda, o cümlədən Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatında iştirakını məhdudlaşdırır. Əvəzində bəzi Qərb ölkələriilə münasibətlərində rəsmi İrəvan ciddi dəyişikliklərə gedir vəaçıq şəkildə onların himayəsinə sığınır.
Bu günlərdə isə Ermənistan Rusiyanı narazı salacaq daha biraddım atıb. Söhbət ondan gedir ki, Ermənistan parlamenti“Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesininbaşlanması haqqında” qanun layihəsini ikinci və sonuncu oxunuşdaqəbul edib. Kreml məsələyə narazılıq dolu reaksiya verib. Rusiyabaş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, artıqErmənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasındaseçim etməlidir: “Mən Ermənistanda qəbul edilən qanunun mətni ilətanış oldum və bu, Ermənistanın daxili işidir. Bununla beləErmənistan seçim etməli olacaq. Çünki iki stulda oturmaq mümkünolmayacaq, bu, tamamilə aydındır”.
Nəzərə alınmalıdır ki, Rusiyanın Ermənistan hələ də xeyli təsirvasitələri mövcuddur. Enerji daxil olmaqla Ermənistaniqtisadiyyatının bir çox sahələri Rusiyanın nəzarəti altındadır.Ermənistanın ixracında Rusiya liderliyini qoruyur, ermənimiqrantlarının iş üçün üz tutduğu əsas ölkə yenə şimal qonşumuzdur.Bundan başqa, Ermənistanda Rusiyaya sadiq xeyli siyasi qüvvə,təşkilat, media vasitələri və digər institutların olduğu da sirrdeyil. Bu ölkədə Rusiya hərbi cəhətdən də olduqca güclüdür vəErmənistan ərazisində əsgəri bazalara malikdir. Bütün bunlar odeməkdir ki, Moskvanın əlində İrəvana təsir üçün yetərincəvasitələr var. Regiondan uzaqda yerləşən Qərb isə Kremlin bu təsirvasitələrini işə salacağı halda Ermənistanı müdafiə etməkiqtidarında deyil. Ukrayna və Gürcüstan təcrübəsi Rusiyanın həttaməqsədi üçün güc yoluna əl atmaqda belə tərəddüd etmədiyinigöstərir.
İranla bağlı hadisələrin inkişafı da Ermənistanın tezliklə buölkənin dəstəyini itirəcəyini istisna etmir. Məsələ burasındadırki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi İrana qarşı Amerika vəİsrailin hərbi əməliyyatlara başlama riskini xeyli artırırb.Tərəflər arasında hərbi ritorika hər keçən gün daha sərt xarakteralır. Trampın NBC telekanalında verdiyi şərhlər müharibənin yaxıngünlərdə başlaya biləcəyin iistisna etmir. ABŞ Prezidenti Tehranaqarşı ritorikasını daha da sərtləşdirərək, danışıqlardan imtinaediləcəyi təqdirdə İrana “görünməmiş bombardmanlar”, həmçininikinci dərəcəli tariflərin tezliklə tətbiq ediləcəyini vəd edib.Bundan öncə isə Ağ Evin rəhbəri İranın ali dini lideri ƏliXamneyiyə rəsmi məktub göndərərək, İranın nüvə proqramı ilə bağlıziddiyyətli məqamları çözəcək və Tehranı son illərdə mütəmadiolaraq İsrail və Amerika hədəflərini atəşə tutan müttəfiq şiəsilahlılarına nəzarət etməyə məcbur edəcək hərtərəfli saziş üzrədialoqa çağırıb. İranın ali dini rəhbəri bu yaxınlarda Trampabirbaşa danışıqlara icazə verməkdən imtina edib, lakin dolayıdialoq üçün fürsət pəncərəsi buraxdığını bildirib. Baş verənlərfonunda İsrailin “Kanal-14” televizyası məlumat yayıb ki, ABŞməsələni artıq hərbi müstəvidə çözmək niyyətindədir: “İsrail və ABŞmisli görünməmiş zərbə vurmaqla təkcə İranın nüvə proqramını yox,həm də SEPAH-ı iflic vəziyyətə salmaq niyyətindədirlər, bu zərbəİslam Respublikasının ciddi zəifləməsinə və hətta süqutuna səbəbola bilər”.
Bunlara cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusununaerokosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə qeyd edib ki,ABŞ-ın regionda, xüsusən də İranın perimetri ətrafında 10 bazasıvar və bu bazalarda 50 min hərbçi yerləşdirilib. Savaş olacağıhalda İran onları hədəfə alacağını bəya edir. İran mənbələrininBritaniyanın “The Telegraph” nəşrinə verdikləri açıqlamalaraəsasən, Tehranın əks-hücumları həm də transregional xarakter daşıyabilər. “The Telegraph”a danışan mənbə bildirib ki, Tehran ABŞ vəBritaniyanın birgə idarə etdiyi Hind okeanındakı Dieqo Qarsiyaadasındakı hərbi-dəniz bazasını da atəşə tutmaq imkanını nəzərdənkeçirir.
Beləliklə, baş verənlər İranın daha çox ABŞ məsələsi ilə məşğulolmasını, Ermənistana diqqət və köməyinin azalmasını şərtləndirir.Həm də İranda nəzərə alınır ki, ABŞ hərbçiləri və texnikaları indiErmənistanda daha tez-tez görünürlər. Onların məhz Ermənistanərazisindən istifadə edərək, İranla bağlı kəşfiyyat işləri həyatakeçirməsi istisna edilmir.
Iran və Rusiya kimi himayədarlaını itirməkdə olan Ermənistandaxilində də vəziyyət gərginləşir. Burada siyasi qütbləşməkəskinləşir, fərqli mövqedə olanlar daha barışmaz mövqe tuturlar.Artan sosial və iqtisadi problemlər Ermənistanı daha çətinvəziyyətə salır. Ölkənin himayəsinə sığınmaq istədiyi Qərb isəErmənistanın üzləşdiyi geosiyasi, geoiqtisadi və digər problemləriköklü şəkildə həll etməyə qadir deyil və heç belə bir istək dəyoxdur. Bu şəraitdə ölkənin demək olar ki, yeganə xilas yoluAzərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir.Amma maraqlıdır ki, bu reallığı bildiyi halda Ermənistanhakimiyyəti hələ də ölkələrimizlə sülh və əməkdaşlıq şəraitindəyaşamaq üçün müvafiq addımlar atmır. Bununla da özünü məhvprosesinin daha rəvan getməsinə əlverişli zəmin formalaşdırır.
MTM Analitik Qrup