AZ

IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edib

Bakı. Trend:

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimaiBirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı(ICESCO) arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələrək,Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən ICESCO-nun başqərargahında gənclər üçün 10 həftəlik beynəlxalq təcrübə proqramıelan edilir.

Təcrübə proqramı çərçivəsində bütün seçim mərhələlərini uğurlakeçəcək iki iştirakçı ICESCO-nun ətraf mühit, sosial və humanitarelmlər istiqamətləri üzrə fəaliyyət göstərən bölmələrindəbeynəlxalq mütəxəssislərlə birgə çalışaraq dəyərli təcrübə qazanmaqimkanı əldə edəcəklər. ICESCO-da təcrübə müddətində gənclərtəşkilatın işi ilə, həmçinin İslam ölkələrinin dünya elmi vəmədəniyyətinə töhfəsi ilə yaxından tanış olacaq, təşkilatın müvafiqbölmələrinin gündəlik fəaliyyətinin aparılmasına, sözügedən sahədəbeynəlxalq əməkdaşlıqların qurulmasına və eyni zamanda ICESCOtərəfindən həyata keçirilən mühüm layihələrin icrasına öztöhfələrini verəcəklər.

Seçilmiş iştirakçıların səyahət, yaşayış və digər müvafiqxərcləri IDEA tərəfindən qarşılanacaqdır.

Təcrübə proqramı təşkilatın işçi dili olan ingilis dilindəkeçiriləcəkdir.

Seçim meyarları aşağıdakılardır:

Yaş: 18-29;

Müvafiq sahələr üzrə təhsil alan tələbə və məzunlar (bakalavr,magistr və ya doktorantura pillələri);

Dil bilikləri: ingilis (ICESCO-nun digər işçi dilləri üzrəbiliklər üstünlük hesab olunacaqdır);

Son müraciət tarixi: 15 aprel 2025-ci il.

Qeyd edək ki, ICESCO üzv dövlətlər arasında müxtəlif sahələrüzrə əməkdaşlığı, bilik və təcrübə mübadiləsini, eləcə də humanitardialoqu təşviq edən beynəlxalq hökumətlərarası təşkilatdır. 1979-cuildə əsası qoyulmuş bu qurum İslam dünyasının zəngin mədəni irsininqorunması və dünya miqyasında tanıdılması üçün müxtəlif proqramlarvə təşəbbüslər həyata keçirir.

Ətraflı məlumat və müraciət üçün: https://forms.gle/NAXfPQAjobDq7ZwF6

Seçilən
133
8
az.trend.az

9Mənbələr