AZ

"Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa mövqeyidir" - Azərbaycan və Almaniya prezidentilərinin görüşündə mühüm mesajlar verildi (YENİLƏNİR)

"Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir".

Mia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistanı sülh sazişinin mətninin razılaşdırılması ilə bağlı təbrik edib.

Almaniya Prezidenti rəsmi Bakı və İrəvanı fürsəti əldən verməməyə, eləcə də razılaşmanı mümkün qədər tez imzalamağa çağırıb: "Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir".

Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Seçilən
94
2
mia.az

3Mənbələr