AZ

Rusiya bir gecədə 93 Ukrayna pilotsuz təyyarəsini vurub

Gecə ərzində Belqorod, Rostov və Kursk vilayətlərində 93 pilotsuz təyyarə vurulub. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dünən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 93 pilotsuz təyyarəsini məhv edib və ələ keçirib”, – Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Kursk vilayəti üzərində 87, Rostov vilayətində dörd, Belqorod vilayəti üzərində daha iki pilotsuz təyyarə vurulub.

Bundan əvvəl Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində Kursk şəhərinin mərkəzində yaşayış binasının zədələndiyini bildirib.

Seçilən
45
veteninfo.az

1Mənbələr