Yarımmüdafiəçi Kallum Olusesi “Tottenhem”lə yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. 18 yaşlı oyunçu ilə müqavilənin müddəti 2029-cu ilə qədərdir.
Olusesi “Tottenhem”in akademiyasından yetirməsidir və 2025-ci ilin yanvarında əsas komandada debüt edib.