Bakı. Trend:
Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi 36ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Səxavət İmranoğluna məxsus “Dostluq” kafesində Qida Təhlükəsizliyi Agentliyininəməkdaşları tərəfindən yoxlama keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida TəhlükəsizliyiAgentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı müəssisədə sanitar-gigiyenik vəsanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, məhsullarınsaxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, işçi heyətintibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub.
"Həmçinin soyuducuda etiketlənməsi aparılmayan qida məhsullarıaşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyətinə nöqsanlar aradanqaldırılanadək müvəqqəti məhdudiyyət qoyulub, rəhbəri barəsindəinzibati qərar qəbul edilərək cərimə tətbiq edilib vəqanunvericiliyə uyğun zəruri tədbirlər görülüb",- məlumatda qeydedilib.