Atası Bedrosun ölümündən sonra Rusiyanın Xalq artisti Filipp Kirkorov kədərə boğulub və dərin depressiyaya düşüb.
OLAY yazır ki, bu haqda sənətçinin köməkçisi Lyudmila Dorodnovanın “RuNews24.ru” saytına açıqlamasında məlumat verib.
Lyudmila bildirib ki, rus estradasının pop kralı praktiki olaraq heç bir şey yemədiyi üçün xeyli arıqlayıb.
“Filipp, demək olar ki, yeməyi dayandırıb - boşqablara toxunulmamış qalır və mətbəxdə bir vaxtlar gülüş və yumorla dolu atmosfer sükuta qərq olub”, - deyə sənətçinin köməkçisi bildirib.