Paytaxtın Dilarə Əliyeva küçəsində qayda pozan sürücü anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 2-də saat 09:46 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-MC-295 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Lakin o, qarşı tərəfdən maşının gəldiyini görərək çıxılmaz vəziyyətə düşüb. Baş verəcək qəzadan xilas olmaq üçün sağa manevr edən sürücü bu vaxt da həmin zolaqdakı avtomobilə qəza şəraiti yaradıb.
Nərmin