Qırğızıstanda qozun adı ilə razılaşmayaraq adın dəyişdirilməsini təklif ediblər.
Bunu Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) rəhbəri Kamçıbek Taşiyev deyib.
“Cebheinfo.az” xəbər verir ki, onun sözlərinin videosunu jurnalist Otkurbek Raxmanov öz “Facebook” səhifəsində paylaşıb.
"Dünyanın heç bir yerində bu qədər böyük qoz meşələri yoxdur. Ona görə də biz onu yunan qozu yox, qırğız qozu adlandırmalıyıq", - Taşiyev bildirib.
O, həmçinin qozun Qırğızıstandan dünyaya yayıldığını və Arslanbobda planetin ən böyük plantasiyasının yerləşdiyini bildirib.