AZ

Əli Əsədov yeni qərarlar imzaladı

Uşaq hüquqlarını həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiqlənib.

News24.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

xxx

Nazirlər Kabineti Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” yenilənib. Bundan sonra atmosfer havasına zərərli maddələrin atılmasına və tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəniş normativlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, su obyektlərinə zərərli maddələrin axıdılmasına görə ödəniş normativlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tətbiq edəcək.


Seçilən
77
news24.az

1Mənbələr