AZ

MSK-ya məxsus 3 avtomobil hərraca çıxarılacaq

Mərkəzi Seçki Komissiyasına (MSK) məxsus 3 avtomobil hərraca çıxarılacaq.

Valyuta.az xəbər verir ki, hərraca çıxarılacaq avtomobillər aşağıdakılardır:

“Mitsubishi Pajero” – 2005-ci il istehsalı

“Toyota Camry” – 2013-cü il istehsalı

“Mercedes Benz S 350” – 2011-ci il istehsalı.

Avtomobillərinin start qiyməti müvafiq olaraq 11 800, 15 200 və 24 800 manatdır. Hərrac mayın 6-da keçiriləcək.

Hüseyn

phrase_var_article.chosen
169
9
valyuta.az

10phrase_var_article.sources