AZ

“Belə görünür ki, “Səbail” elitanı tərk etməyə daha yaxındı” – Aslan Kərimov

Misli premyer-liqasında 28-ci tur geridə qaldı. Oyunların üçündə heç-heçə, ikisində böyükhesablı qələbə qeydə alındı. Heç bir komandanın turnir mövqeyi dəyişmədi.

Turun yekunları ilə bağlı təcrübəli mütəxəssis Aslan Kərimovun fikrini öyrəndik. Onun “Football-plus.az”a cavabı:
“Gözləmədiyimiz nəticələr olmadı. “Sabah”ın “Sumqayıt” önündə udmaq şansı var idi. Amma “Sabah” nə qədər qol vursa da, qapısında qol görür. Hücumla müdafiənin balansı o qədər də yaxşı deyil. “Turan Tovuz”- “Qarabağ” matçını iki hissəyə bölmək olar. İlk hissədə meydan sahibləri daha yaxşı göründü, standart vəziyyətdən üç qol vurdular. Amma ikisi sayılmadı. İlk hissədə “Qarabağ”ın qarşısını almağı bacardılar. Nərimanın möhtəşəm qolu var idi. “Turan Tovuz” bir top fərqi ilə geridə olduğuna görə hücum futbolu oynama məcbur idi. “Qarabağ”a qarşı belə oynamaqçox çətindi. “Zirə”nin “Şamaxı”nı da udacağını şübhə etmirdik. “Kəpəz” - “Səbail” matçında qonaqlar açıq oynayırdılar. Heç-heçə onlara sərf etmirdi. Müdafiədən oyun quran zaman səhvə yol verirdilər. “Kəpəz” də ən ideal oyununu nümayiş etdirmədi. “Səbail” əks-hücumlarda daha keyfiyyətli görünürdü. Heç-heçə hər iki komandanın potensialının eyni səviyyədə olmasının göstəricisidi. “Səbail”in 3 xal qazana bilməməsi belə düşünməyə vadar edir ki, elitanı tərk etməyə yaxın olan komandadı. Sonuncu yerdə olmaq futbolçulara psixoloji cəhətdən təsir göstərir. “Kəpəz”ə qalib gəlsəydilər, bəlkə də futbolçular bir az düzələ bilərdi. “Səbail” üçün çox çətin olacaq. Belə görünür ki, “Səbail” elitanı tərk etməyə daha yaxındı. 3-4 tur öncə bunu demək çətin idi. Get-gedə komandada olan dəyişiklərdən sonra “Səbail”in özünə gələ biləcəyini düşünmürəm”.

ƏSƏD SEYİDOV
Seçilən
163
football-plus.az

1Mənbələr