AZ

WSJ: “Vens prezidentliyə iddialıdır”

AzVision.az bildirir ki, “The Wall Street Journal (WSJ)” nəşri öz təşəbbüsləri ilə çıxış edən Cey Di Vensin prezident Donald Tramp administrasiyasının gündəliyinin formalaşmasında fəal iştirakına diqqət çəkir.

Belə ki, fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında Vens Avropa ölkələrini vətəndaşların hüquq və azadlıqlarını boğmaqda ittiham edərək, ABŞ-yə belə bir Avropanın lazım olmadığını deyib.

Bundan əlavə, ABŞ-nin vitse-prezidenti fevralın 28-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə mübahisənin fəal iştirakçısı olub.

- Vensin həddindən artıq müstəqillliyi Tramp tərəfdarları arasında narazılığa səbəb ola bilər.Çünki onun hərəkətləri siyasi mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilə bilər”,- nəşr vurğulayır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
37
azvision.az

1Mənbələr