AZ

Erməni deputat: Minsk qrupundan imtina etmək üçün sülh sənədi olmalıdır

Məncə, söz oyununa girməyin mənası yoxdur. Yeni şərtlər, köhnə şərtlər, onlar mövcuddur və onlar şərtdir.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisi xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.

O, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun buraxılması tələblərinin yeni olmadığı, artıq köhnəldiyini bildirib.

"Bu məsələlərlə bağlı mövqelərimiz son dərəcə aydındır. Sülh sazişi konstitusiya problemini, hətta varsa, tamamilə həll edir.

ATƏT-in Minsk qrupuna gəlincə, bildirdik ki, ya imzalanma ilə eyni vaxtda, ya da ondan sonra onun ləğvi ilə bağlı müraciət etməyə hazırıq. Ən azı institusional sülh qurulmalı, münaqişənin həlli ilə bağlı hansısa mexanizm olmalıdır", - deyə Xanyan vurğulayıb.

Deputat əlavə edib: “Konstitusiyaya dəyişiklik edilməsinin Ermənistanın daxili işi olması fikirlərində heç bir ziddiyyət görmürəm. Şübhəsiz, yeni Konstitusiya "real Ermənistan"ı əks etdirməlidir".


Telegram kanalımız
Seçilən
72
yenisabah.az

1Mənbələr