AZ

Kılıçdaroğlunun namizədliyi üçün imza toplanılır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu ilə sürpriz addım atılıb.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçinin 6 apreldə keçiriləcək CHP qurultayında partiya sədrliyinə namizəd olması üçün imza toplanılmasına başlanılıb.Partiya üzvləri imza toplamaqla yanaşı, Kılıçdaroğluna məktub ünvanlayaraq onu yenidən CHP sədri olmağa dəvət ediblər.

Sözügedən müraciətdə deyilir:

“CHP-nin 7-ci sədri Kamal Kılıçdaroğlunu vəzifəni və məsuliyyəti üzərinə götürməyə dəvət edirik. Qurultayda gəmini güvənli limana daşıma məsuliyyətindən qaça bilməzsiniz. Biz CHP qurultay üzvləri olaraq sizi vəzifəyə dəvət edirik”.Qeyd edək ki, CHP-nin fövqəladə qurultayı 6 apreldə keçiriləcək.

Seçilən
50
cebheinfo.az

1Mənbələr