AZ

Avropa İttifaqı İordaniyaya 500 milyon avro kredit ayırıb

Qahirə, 2 aprel, AZƏRTAC

Avropa İttifaqı İordaniyaya Makroiqtisadi Maliyyə Yardımı (MFA) proqramı çərçivəsində 500 milyon avro məbləğində kredit ayırıb.

AZƏRTAC “əl-Məmləkə” telekanalına istinadla xəbər verir ki, bununla bağlı qərar dünən Avropa Parlamentinin iclasında təsdiq olunub.

Bu, Avropa İttifaqının 2013-cü ildən bəri İordaniyaya ayırdığı dördüncü yardım paketidir. Bildirilir ki, bu maliyyə yardımı paketi İordaniyanın mövcud iqtisadi və maliyyə çətinliklərinin öhdəsindən gəlməsinə kömək məqsədilə Avropa Komissiyası tərəfindən 2025-ci ilin yanvar ayında elan edilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
154
2
azertag.az

3Mənbələr