AZ

ABŞ-də qondarma erməni soyqırımının təbliği üçün qanun layihəsi hazırlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də bir neçə konqresmen qondarma erməni soyqırımına dair təhsil təşəbbüsü ilə qanun layihəsi hazırlayaraq senata təqdim edib.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə qondarma erməni soyqırımı ilə bağlı maarifləndirmə proqramının həyata keçirilməsi təşəbbüsü ilə çıxış edən ABŞ Konqresinin üzvü Dina Titus məlumat verib.
Məlumatda qeyd olunur ki, Dina Titusun təşəbbüsünə konqresmenlər Qas Bilirakis, Devid Valadao və Ted Lyu da qoşulub.
Qanun layihəsi Birləşmiş Ştatlarda tələbələrə qondarma soyqırımı haqqında məlumatların verilməsi üçün təhsil materiallarının hazırlanması, onlayn resursların yaradılması, olmayan bu hadisənin tədris proqramına salınması, müəllimlərin hazırlanmasını nəzərdə tutur. Təşəbbüsün həyata keçirilməsi üçün 5 illik müddət və 10 milyon dollar vəsait ayırmaq da təklif olunur.
Seçilən
89
2
oxu.az

3Mənbələr