AZ

Britaniya və Fransa gələn həftə "istəklilər koalisiyası"nın iclasını keçirəcək

Böyük Britaniya və Fransa aprelin 10-da NATO-nun mənzil-qərargahında Müdafiə nazirlikləri səviyyəsində "istəklilər koalisiyası"nın iclasını keçirəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə alyansdan bildirilib.

"Aprelin 10-da Böyük Britaniyanın müdafiə naziri Con Hili və Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu Brüsseldə NATO-nun mənzil-qərargahında “istəklilər koalisiyası”nın görüşünü keçirəcəklər", - məlumatda qeyd olunub.

Bu yaxınlarda Parisdə bu koalisiyanın sammiti keçirilib və onun yekunları üzrə koalisiya üç həftə ərzində Ukraynada atəşkəsin təmin edilməsi ilə bağlı təklif hazırlamağı vəd edib.

Seçilən
99
report.az

1Mənbələr