AZ

Rusiyadan pul köçürmələrində KƏSKİN AZALMA – Səbəb NƏDİR?

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarım milyard dollardan çox azalıb. Ötən il Azərbaycana Rusiyadan fiziki şəxslərin pul köçürmələrinin həcmi 496  milyon 753 min ABŞ dolları təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 550 milyon 770 min ABŞ dolları və ya 2 dəfə azalıb. Xatırlatma üçün bildirək ki, 2023-cü lldə Azərbaycana Rusiyadan köçürülmüş  fiziki şəxslərin pul köçürmələrinin həcmi 1 milyard 47 milyon 523 min ABŞ dolları olub. Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 45,9% təşkil edib. 2023-cü ildə isə bu göstərici 63,3% idi. 
Bu barədə Moderator.az-a danışan iqtisadçı eskpert Pərviz Heydərov deyib ki, ölkəmizə fiziki şəxslər tərəfindən pul köçürməlirinin çox hissəsi həmişə Rusiya istiqamətindən olub:
“Bu da təəccüblü olmayıb heç vaxt. O səbəbdən ki, ölkəmizdən işçi qüvvəsi axını ən çox  məhz bu istiqamət üzrə olub və olaraq da qalır. Rusiyadan fiziki şəxslərin pul köçürmələri həcmininin azalması isə adıçəkilən ölkədə Ukrayna ilə müharibədən dolayı yaranan vəziyyətlə əlaqədardır. Söhbət, sosial-iqtisadi durumdan - dolanışıqdan gedir. Bizdən bu ölkəyə vaxtilə axın etmiş işçi qüvvəsi əvvəlki kimi qazana bilmir, yeni axın isə  faktiki olaraq baş vermir. Odur ki, sözügedən proses hələ bir az da dərinə işləyə bilər və işləyəcək də. Rusiyadan pul köçürmələrinin azalmasının iqtisadiyyatımıza təsir isə mənfidir. Düzdür, bunu hələ aşkar hiss etmirik və üst səviyyədə hiss etməyəcəyik. Ancaq problem kifayət qədər ciddi əhəmiyyət kəsb edir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
54
moderator.az

1Mənbələr