AZ

Cinsi zorakılığa məruz qalan uşaqlarla işləyən mütəxəssislərin hazırlanması ilə bağlı QƏRAR

Bakı. Trend:

Uşaq hüquqlarının həyata keçirilməsinin uşaqlarıntəhlükəsizliyinin təmini sahəsində təmin edilməsi vəziyyətininmonitorinqi üzrə meyarlar müəyyənləşib.

Trend xəbərverir ki, bu məsələ Nazirlər Kabineti müvafiq qərarı ilə təsdiqedilən “Uşaq hüquqlarını həyata keçirilməsinin bütün sahələrdətəmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”da öz əksinitapıb.

Qərara əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin uşaqlarıntəhlükəsizliyinin təmini sahəsində təmin edilməsi vəziyyətininmonitorinqi üzrə meyarlar aşağıdakılardır:

  • uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlıqanunvericiliyin BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasınauyğunlaşdırılması üzrə görülən tədbirlər;
  • yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozuntularının profilaktikası istiqamətində həyata keçiriləntədbirlər;
  • uşaq qaynar xətt xidmətləri;
  • il ərzində uşaq hüquqlarının pozulması ilə bağlı dövlətorqanlarına (qurumlara) edilən müraciətlərin sayı;
  • yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə,fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digərəxlaqsız əməllərə cəlb edən şəxslərin aşkar edilməsinə dairməlumat;
  • yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili vəsaxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımıncayerinə yetirməyən valideynlərin və digər qanuni nümayəndələrin,vəzifəli şəxslərin aşkar edilməsinə dair məlumat;
  • yetkinlik yaşına çatmayanların zorakılıq və istismarhallarından müdafiəsi üçün həyata keçirilən tədbirlər;
  • məişət zorakılığına məruz qalmış uşaqların hüquqlarınınmüdafiəsi üzrə tədbirlər;
  • hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlarbarəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrəöz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinəyetirməyən, onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarlaqəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr,yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasınınqanunlarında nəzərdə tutulmuş təsir tədbirlərinin tətbiq edilməsihaqqında müvafiq dövlət orqanlarına verilmiş təkliflərin sayı vəqısa məzmunu;
  • uşaqlara qarşı və onlar tərəfindən törədilən hüquqpozmalarıntəhlili;
  • baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçünsosial reabilitasiya müəssisələrinin fəaliyyəti, bu müəssisələrdənyararlanan uşaqların sayı;
  • uşaq əməyinin istismarının qarşısının alınması sahəsində həyatakeçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər;
  • cinsi istismarın və cinsi zorakılığın qurbanı olan uşaqlarınhüquqlarının müdafiəsi istiqamətində tədbirlərin təşkili;
  • cinsi istismar və ya cinsi zorakılığa məruz qalmış uşaqlarlaişləyən mütəxəssislərin hazırlanması;
  • doğumun qeydiyyatı, doğumu qeydiyyata alınan 5 yaşadəkuşaqların sayı və uşaqların ümumi sayında faizlə nisbəti;
  • uşaq alverinin qarşısının alınması sahəsində həyata keçiriləntədbirlər;
  • küçə həyatı yaşayan uşaqların sayı və onların hüquqlarınınmüdafiəsi üzrə həyata keçirilən tədbirlər;
  • baxımsız vəziyyətdə olan və küçə həyatı yaşayan uşaqlara dairmüşahidələrin aparılması və nəticələrin təhlili;
  • uşaqların zərərli informasiyadan qorunması sahəsində həyatakeçirilən tədbirlər;
  • silahlı münaqişələrin təsirinə məruz qalmış uşaqların müdafiəsivə reabilitasiyası üzrə görülən tədbirlər;
  • erkən evlilik hallarının qarşısının alınması üzrə görüləntədbirlər;
  • erkən evlilik hallarının regionlar üzrə tədqiqi;
  • uşaq intiharları ilə bağlı məlumatlar (cins, yaş, ailəvəziyyəti, ərazi və intiharın səbəbləri üzrə);
  • uşaq intiharlarının qarşısının alınması istiqamətindətədbirlərin həyata keçirilməsi;
  • uşaqların iştirakı ilə baş verən qəzaların qarşısının alınması,yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə maarifləndirmətədbirlərinin keçirilməsi;
  • uşaqların iştirakı ilə baş verən qəzalara, o cümlədənyol-nəqliyyat hadisələrinə dair məlumatların (cins, yaş və əraziüzrə) təhlili;
  • sağlamlığı və ya həyatı birbaşa təhlükədə olan vəvalideynlərdən (onların birindən) və ya onu qəyyumluğa (himayəyə)götürmüş şəxslərdən təcili olaraq alınan uşaqların sayı və cinstərkibi.
Seçilən
29
az.trend.az

1Mənbələr