Hurriyyet.az TASS informasiya agenliyinə istinadla xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyi sutka ərzində 24 nəfərin həlak olduğunu, 50-dən artıq yaralının olduğunu bəyan edib. Məlumat idarəsinin "Teleqram" kanalında yerləşdirilib.
Hesabatda deyilir: "Son 24 saat ərzində 24 nəfər ölmüş şəxs və 55 nəfər yaralı xəstəxanalara çatdırılıb. Ümumilikdə, hərbi əməliyyatların yenidən başlandığı 18 mart tarixindən sonra Qəzzada 1066 fələstinli ölüb, daha 2597 nəfər yaralanıb".
Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından Qəzza zolağında həlak olanların ümumi sayının 50 423 nəfərə yüksəldiyini, 114 638 nəfərin isə yaralandığını bildirib.
Hürr Tərcüman