AZ

Aİ-dən gənclərə böyük jest - 36 min gəncə Avropaya səyahət etmək üçün pulsuz bileti veriləcək 

Avropa İttifaqı (Aİ) Komissiyası Türkiyə də daxil olmaqla Erasmus+ proqramı ilə əlaqəli ölkələrdə yaşayan gənclərlə bağlı diqqətçəkən qərar qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, 18 yaşdan yuxarı gənclərə Avropa ölkələrinə səyahət üçün 36 min pulsuz qatar bileti paylanacaq.

Məlumatda deyilir ki, bunun üçün yalnız 1 iyul 2006-cı il və 30 iyun 2007-ci il tarixləri arasında doğulanlar müraciət etmək haqqı var: "Müraciət edənlər 1 iyul 2025-ci il və 30 sentyabr 2026-cı il tarixləri arasında 30 gün ərzində qatarla səyahət etmək hüququ qazanacaqlar"

Firidun Səfərli
MİA.AZ

Seçilən
34
1
mia.az

2Mənbələr