Çİn şirkətləri Zəngəzur Dəhlizinin inşasında aktiv rol oynayacaq.
APA xəbər verir ki, bunu “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao deyib.
Lyu Cyançao bildirib ki, Çin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir: “Azərbaycan ilk gündən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyib. “Buna görə Azərbaycana təşəkkür edirik. Zəngəzur dəhlizinin inşası isə çox vacib məsələdir. Bu Avropa Asiyanı daha da birləşdirəcək. Çİn şirkətləri Zəngəzur Dəhlizinin inşasında aktiv rol oynayacaq. Xahiş edirəm ki, bizim şirkətləri daha çox məlumatlandırasınız ki, şirkətlərimiz də bu dəhlizin inşasında daha fəal rol oynasın. Həm “bir kəmər bir yol”, həm də Zəngəzur dəhlizinin inşası Çin və Azərbaycan arasında strateji əməkdaşlığın inkişafı üçün tərkib hissəsidir”.