Azərbaycan Kubokunun yarımfinal mərhələsində hazırda “Araz-Naxçıvan” və “Qarabağ” arasında keçirilən keçirilən ilk oyunda insident baş verib.
Msport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov görüşün baş hakimi Elçin Məsiyevin Ağdam təmsilçisinin qapısına təyin etdiyi penalti qərarına sərt reaksiya verib.
Təcrübəli mütəxəssis əvvəlcə əlindəki planşetdə Yassin Benzianın rəqib futbolçuya qarşı kobud oynadığı epizodun təkrarını dördüncü hakim Kamal Umudluya göstərərək qərara etiraz edib. Bunun nəticə vermədiyini görən Qurbanov planşeti havaya ataraq təpiklə sındırıb.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir. Yeganə qolu 28-ci dəqiqədə penaltidən Felipe Santos vurub.