AZ

Tahir Budaqov Azərbaycanla Çin arasında əməkdaşlıqda Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Bakı. Trend:

Zəngəzur dəhlizi Azərbaycanla Çinin əməkdaşlığı üçün yeniçoxtərəfli platforma yaradacaq.

Trend xəbərverir ki, bunu Yeni Azərpaycan Partiyasının Mərkəzi aparatınınrəhbəri Tahir Budaqov “Azərbaycan – Çin strateji tərəfdaşlığı:Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusundakeçirilən konfransın gedişində bildirib.

“Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərininkəsişməsində yerləşən Azərbaycan Avrasiyanın vacib tranzitqovşağına çevrilib. Çinin “Bir kəmər- Bir yol” təşəbbüsünüdəstəkləyən ilk ölkələrdən olan Azərbaycan bu layihə və Orta dəhlizlahiəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsinə maraqlıolduğunu əməldə də nümayiş etdirir.

Sözsüz ki, ölkəmizin prinsipial mövqeyini əsas götürsək,qarşıdakı dövrdə Zəngəzur dəhlizinin gerləçləşdirilməsi,Azərbaycan, Çin və digər tərəfdaş dövlətlərin qarşılıqlı əlaqəsiüçün yeni çoxtərəfli platforma yaradacaq və Avrasiyada konstruktivəməkdaşlığın möhkəmləndirilməsinə vəsilə olacaq”, -deyə obildirib.

Budaqov hər iki ölkənin ikitərəfli münasibətlərin inkişafınaxüsusi önəm verdiyini vurğulayıb və bildirib ki, Azərbaycan “vahidÇin” prinsipini möhkəm şəkildə dəstəkləyir. Öz növbəsində, ÇinAzərbaycanın onun beynəlxalq arenadakı mövqeyinə göstərdiyi dəstəyiyüksək qiymətləndirir.

Onun sözlərinə görə, Azərbaycan və Çin arasında stratejitərəfdaşlıq Qlobal Cənubda konsolidasiya və əməkdaşlığa dəstəkbaxımından böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Seçilən
52
az.trend.az

1Mənbələr