Bakı. Trend:
Bu ilin mart ayında Azərbaycan istifadəçilərinin “Instagram”sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 1,96 faiz bəndiazalaraq 39,29 faiz təşkil edib.
Bu barədə Trend “Global Stats” Statistika Mərkəzinə istinadənxəbər verir.
Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Onun payı0,44 faiz bəndi artaraq 22,09 faizə çatıb. Siyahıda üçüncü yerdə12,84 faizlə “Pinterest” gəlir (əvvəlki ayla müqayisədə 4,6 faizaz).
Bu göstəriciyə görə, dördüncü yerdə “YouTube” sosial şəbəkəsigəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 3,1 faiz bəndiartaraq 14,53 faizə çatıb.
“X” media platforması 5,91 faizlə Azərbaycanın sosial şəbəkələrbazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb. (ay ərzində1,87 faiz artım).
Reytinqdə altıncı yeri 0,97 faiz göstərici ilə “Linkedin” tutub(əvəlki ayla müqayisədə 0,48 faiz az).
Digər sosial şəbəkələrin payı 1,4 faiz təşkil edib.