AZ

Peter Mixalko: Ağdamda qısa müddət ərzində əldə olunan nəticələr bizi heyrətləndirir

Ağdam, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün biz Avropa İttifaqının qurumlarının üzvlərindən ibarət olan nümayəndə həyəti ilə birgə Ağdamda aparılan bərpa və quruculuq prosesinin gedişatını izlədik. Qısa müddət ərzində əldə olunan nəticələr bizi heyrətləndirir.

AZƏRTAC xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

“Həyatın bu ərazilərə yenidən qayıtması, insanların burada yenidən yaşaya bilməsi böyük əhəmiyyət kəsb edir. Böyük beynəlxalq dəstəkləyici kimi Avropa İttifaqı minatəmizləmə prosesində Azərbaycanı dəstəkləyir. Bu gün, həmçinin minatəmizləmə prosesinin gedişatının şahidi olduq. Biz, Avropa İttifaqı olaraq, bütün regionda sülhə və sabitliyə nail olunması sahəsində birgə əməkdaşlıq etməyə davam edəcəyik”, – deyə Peter Mixalko bildirib.

Seçilən
58
1
azertag.az

2Mənbələr