Bu gün Qusar rayonunun Cağarqışlaq kənd tam orta məktəbində “Mübarizə və vətənpərvərlik ruhunun qələbəsi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə aprel döyüşlərinin şəhidi Əmiraslan Xeyirbəyovun atası Xəlil Xeyirbəyov Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. Atası Əmiraslanla bağlı xatirələrini dilə gətirib.
Tədbirdə çıxış edən natiqlər “Aprel döyüşləri”nin əhəmiyyətindən, Vətən oğullarının müqəddəs torpaqlarımız uğrunda göstərdikləri şücaətlərdən danışıb, Qusardan olan “Aprel döyüşləri” şəhidi Əmiraslan Xehirbəyovun qəhrəmanlıq şücaəti barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Qeyd olunub ki, qazanılan parlaq qələbə uğurlu daxili və xarici siyasətin, Silahlı Qüvvələrimizin peşəkarlığının, Xalq və Ordunun monolit birliyinin nəticəsində mümkün olub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.