İran prezidenti Məsud Pezeşkian, İran Prezidenti olaraq Azərbaycana ilk dəfə rəsmi səfər edəcək.Səfərin məqsədi çoxşaxəlidir və həmçinin biz bilirik ki, İranın siyasi və iqtisadi baxımdan hazırkı durumu heç də yaxşı deyil. İsrail və ABŞ müttəfiqliyi fonunda İran son vaxtlar daha da təzyiq və təhdidlərə məruz qalmaqdadır. Hətta vəziyyət o həddə çatıb ki, İrana qarşı hərbi əməliyyatların hər an başlaya bilməsi ehtimalı, məhz bu məsələdə daha çox o ölkələrin aktivliyi ilə müşahidə olunmasıdır. Azərbaycan İranla qonşu və qohumluq əlaqələri olan ölkədir.İranda on milyonlarla soydaşımız yaşayır.İrana qarşı hər hansı bir hərbi əməliyyatlar bizə də təsirsiz ötüşməyəcək,düşüncəsindəyəm.Biz bu səbəbdən İranla bağlı və İranda baş verənlərlə bağlı əlimizdən gələni etməyə məcburuq.Bu bizi narahat etməlidir.Bu səbəbdən İran prezidentinin ölkəmizə rəsmi səfəri vacibdir və Azərbaycanın siyasi və iqtisadi baxımdan regiondakı gücü və imkanlarını nəzərə alsaq, bu səfərin hər iki ölkənin, xüsusilə də İranın daha çox ehtiyacı olduğunu görərik.Həmçinin İran prezidentinin səfəri çərçivəsində, ölkələrin ikitərəfli inkişafına təkan verəcək lahiyələrin həyata keçirilməsi istiqamətində və xüsusilə də iki ölkə arasında iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafına xidmət göstərəcək energetika və kənd təsərrüfatı sahəsində münasibətlər bir daha ələ alınması və bu istiqamətdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi gözlənilir.İran prezidenti Məsud Pezeşkian bilindiyi kimi Azərbaycan əsilli dövlət başçısıdır və o, ölkəsində islahatçı prezident kimi tanınır.Azərbaycana olan sevgisini, Azərbaycan dilinə olan rəğbətini gizlətmir və hətta rəsmi tədbirlərdə Azərbaycan dilində danışır və şeirlər deyir. Bu səbəbdən də onun ölkəmizə səfəri iki ölkə arasında münasibətlərə müsbət təsir göstərəcək,düşüncəsindəyəm.Həmçinin bu səfərin digər faydası da İran üçün və İran prezidenti Pezişkianın siyasi baxımdan İlham Əliyevin nüfuzundan istifadə etməyə cəhd etmək imkanı əldə edə bilməsi də istisna olaraq görünmür.
Çingiz Şahbazi, siyasi ekspert