Putin 160 min kişini əsgərliyə çağırıb. Hərbi xidmətə çağırılmış kişilər 18-30 yaş arasındadırlar.
Bu, Rusiyada 2011-ci ildən bəri baş vermis ən böyük hərbi çağırışdır.
Bundan əvvəl Putin demişdi ki, Rusiya gərək ordusunun sayını artırsın, az qala 2 milyon yarıma çatdırsın. Fəal hərbi qulluqçuların sayı isə 1.5 milyona çatmalıdır, Putin belə istəyib.
Rusiyanın yüksək rütbəli hərbçisi bildirib ki, yeni çağırışçılar Ukraynada döyüşə göndərilməyəcəklər. Baxmayaraq ki, döyüşlərdə yeni çağırışçıların da ölməsi barədə xəbərlər yayılıb.
Bu çağırış Trump-ın Rusiya ilə Ukrayna arasında atəşkəsə çağırış etdiyi bir vaxtda baş verib.
Rusiya uzunmüddətli atəşkəs çağırışını rədd edib. Trump da buna görə Putinə qəzəblənib və ilk dəfə Rusiyaya hədə-qorxu gəlib.
Rusiya Ukrayna ilə müharibədə 100 mindən çox hərbçisini itirib, BBC və Mediazone təsdiqləyib.