AZ

ABŞ Yaxın Şərqə silah daşıyır: İrana görə

ABŞ-ın müdafiə naziri Pit Heqset İrandan gələn təhdidlərə qarşı durmaq üçün Yaxın Şərqdə Amerikanın hava gücünü artırmağı əmr edib.

Bu barədə Pentaqonun sözçüsü Şon Parnel aprelin 1-də Amerika müdafiə departamentinin saytında dərc olunmuş bəyanatında deyilir. Parnell bildirib ki, sərəncam ABŞ prezidenti Donald Trampın “güc vasitəsilə sülh” direktivinə uyğun olaraq həyata keçirilib. Heqset ABŞ Mərkəzi Komandanlığının dəniz mövqeyinin təyyarədaşıyıcıları ilə gücləndirilməsini və “havadan müdafiə imkanlarımızı daha da gücləndirəcək əlavə eskadrilyaların və digər hava vasitələrinin yerləşdirilməsini” əmr edib.

“Reuters” qeyd edir ki, ABŞ Mərkəzi Komandanlığı Şimal-Şərqi Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyanı əhatə edən bir bölgəni əhatə edir. Agentliyin adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən aldığı məlumata görə, ən azı dörd B-2 bombardmançı təyyarəsi Hind okeanındakı Dieqo Qarsiya adasındakı ABŞ-Britaniya hərbi bazasına artıq yerləşdirilib. Ekspertlər deyir ki, bu, Yəmənə və ya İrana çatmaq üçün kifayət qədər yaxındır. Nəşr yazır ki, B-2 nüvə silahı daşımağa qadirdir, ona görə də bu təyyarələrdən cəmi 20-si xidmətdə olan ABŞ Hərbi Hava Qüvvələri adətən onlardan az istifadə edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
95
20
editor.az

10Mənbələr