AZ

Məktəblərdə yay tətilinin müddəti artırılır: Dərslər bu tarixdə …

Türkiyə və Rusiyada yay aylarının daha isti keçdiyi şəhərlərdə yay tətilinin müddətinin uzadılması planlaşdırılır. Burada əsas məqsəd şagirdlərin sağlamlığının qorunması və onların daha rahat bir tədris mühiti ilə təmin olunmasıdır. Nəzərə alsaq ki, ölkəmizdə də yay mövsümü xüsusilə Bakı və Bakı ətrafında o cümlədən də Aran regionunda çox isti keçir. Bu məqamı və şagirdlərin daha rahat şəkildə tədrisi üçün Azərbaycanda yay tətilinin müddəti uzadıla bilərmi? Yay tətilinin uzadılması üçün hazırda ölkəmizdə buna zərurət varmı?

Mövzu ilə bağlı təhsil eksperti, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Referans-a açıqlamasında bildirib ki, təbii ki, bu kimi qərarlar qəbul edilərkən həm də mütəxəssislərin rəyi nəzərə alınır. Düşünürəm ki, Türkiyə və Rusiyada təhsilə xüsusi önəm verilir. Belə bir qərarın verilməsində heç şübhəsiz ki, peşəkar mütəxəssislərin rəyi də olub. Azzərbaycanda da belə bir qərarın qəbul olunması ilə bağlı mən dəfələrlə öz fikrimi ifadə etmişəm. Ölkəmizdə yay tətilinin müddəti kifayət qədərdir. Əslində 3 ay müddətində şagirdlərin məktəbdən kənarda qalması ümumilikdə onların biliklərinin zəifləməsinə gətirib çıxarır. Heç kimə sirr deyil ki, may ayının sonlarından etibarən şagirdlərin davamiyyətlərində ciddi problemlər olur. Bunları da nəzərə alsaq görərik ki, şagirdlərin vaxtının əsas hissəsini yay mövsümü alır. Burada vacib məqamlar var.

Ekspert onu da deyib ki, tədris ilinin başlanması ilə də bağlı mübahisələr var. Tədrisin 15 sentyabr tarixini də dəyişməklə bağlı düşünmək olar. Bu barədə qərarın qəbul olması üçün xeyli sayda kompleks elmi yanaşmanı özündə ehtiva edir.

İlqar Orucov Azərbaycanda yay tətilinin müddətinin uzadılmasının tərəfdarı olmadığını bildirərək qeyd edib ki, bu şagirdlər üçün mənfi nəticələrə gətirib çıxara bilər. Ekspert onu da bildirib ki, bir sıra Avropa ölkələrində yay tətili daha qısa olur. Bu ölkələrdə təbii ki, iqlim amili də var. Bununla belə mən əslində yay tətilinin müddətinin zaldılmasının tərəfindəyəm. Bunun da əsas səbəbi odur ki, 3 ay müddət təhsil üçün böyük fasilədir.

“Ümumiyyətlə yay tətilindən sonra şagirdlərin təhsilə adaptasiya olması da çox çətin olur. Həm də ölkəmizdə cəmiyyət arasında belə bir fikir var ki, yat tətilində şagirdlər ümumiyyətlə təhsildən uzaq qalmalıdır. Bu isə doğru deyil. Əgər ölkəmizdə yay məktəbləri daha kütləvi şəkildə olarsdısa, eyni zamanda ailələr də bu mövsümdə şagirdlərin kitab mühitində olmasına təşəbbüs göstərirdilər yay tətilinin müddətinin uzadılmasını məqbul hesab etmək olardı. İndiki halda isə buna heç bir zərurət yoxdur”,- deyə ekspert qeyd edib.

Seçilən
100
2
busaat.az

3Mənbələr