AZ

Mask Hökumətin Səmərəliliyi Departamentində fəaliyyətini bitirdikdən sonra dövlət xidmətini tərk edəcək

Amerikalı iş adamı İlon Mask Hökumətin Səmərəliliyi Departamentində (DOGE) vəzifəsini başa vurduqdan sonra dövlət qulluğundan təqaüdə çıxacaq.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit “X” hesabında bildirib.

O, Amerika lideri Donald Trampın öz ətrafını Maskın yaxın günlərdə gedişi ilə bağlı məlumatlandırdığı barədə məlumatı şərh edib.

“İlon Mask və Prezident Trump, hər ikisi açıq şəkildə bildiriblər ki, Elon Hökumətin Səmərəliliyi Departamentindəki inanılmaz fəaliyyətini başa çatdıqdan sonra xüsusi dövlət işçisi kimi dövlət xidmətini tərk edəcək”, - Levit vurğulayıb.

Seçilən
172
4
apa.az

5Mənbələr