AZ

Almaniya Kubokunda sonuncu finalçı “Ştutqart” oldu

Bu gün futbol üzrə Almaniya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Son Almaniya çempionu “Bayer”i mübarizədən kənarlaşdırmaqla böyük sensasiyaya imza atmış “Arminiya”nın finaldakı rəqibinin adına “Ştutqart” – “Leypsiq” matçında aydınlıq gəlib. Dörd qolun qeydə alındığı görüşün yekununda sevinən tərəf ştutqartlılar olublar.

Xatırladaq ki, Almaniya Kubokunda cari mövsümün final qarşılaşması mayın 24-də keçiriləcək.

Almaniya Kuboku
Yarımfinal

1 aprel

Arminiya – Bayer 2:1
Qollar: Vorl, 20. Qrosser, 45+3 – C.Ta, 17.

2 aprel

Ştutqart – Leypsiq 3:1
Qollar: Ştiller, 5. Voltermade, 57. Levelinq, 73 – Şeşko, 62.

Seçilən
39
arena.az

1Mənbələr