4 aprel 2025-ci il tarixində Libraff kitab mağazasının "Park Akademiya" filialında tanınmış müəlliflər Nadir Adilov və Hümmət Əliyevin yeni kitablarının təqdimatı və imza saatı baş tutacaq.
QHT.az xəbər verir ki, Nadir Adilov “Məqsədlisən?!” kitabı ilə oxucularına motivasiya və şəxsi inkişaf sahəsində dəyərli tövsiyələr təqdim edir. Hümmət Əliyev – “Birgə həll, davamlı nəticə: Mediasiyanın sirləri” adlı kitabında mediasiya sahəsində peşəkar yanaşmaları və effektiv həll yollarını izah edir.
Tədbir 4 aprel saat 16:00-da keçiriləcək. Kitabsevərlər müəlliflərlə görüşmək, onların fikirlərini dinləmək və imzalı nüsxələr əldə etmək fürsətini qaçırmasınlar!
Pərvanə Fərhadqızı