Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiyanın nadir kəşfiyyat pilotsuz təyyarəsi olan “Albatros M5”i vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 63-cü əlahiddə mexanikləşdirilmiş briqadasının hərbçiləri məlumat verib.
“Biz ilk dəfə olaraq Rusiyanın nadir pilotsuz təyyarəsi olan Albatros M5-i vurduq”, - deyə briqada qeyd edib.
Bildirilib ki, bu dron real vaxt rejimində skan edilmiş ərazidə insanları müəyyən edən neyron şəbəkə ilə təchiz edilib.