AZ

Ucuz və güclü: mart ayının ən yaxşı telefonları bəlli oldu

Populyar smartfon müqayisə platforması "AnTuTu" ən məhsuldar orta büdcəli smartfonların mart ayı reytinqini dərc edib.

Publika.az xəbər verir ki, 2025-ci ilin büdcəyə uyğun ən güclü smartfonu Redmi Turbo 4 seçilib.

Bu smartfon 1,71 milyon xal toplayaraq büdcəyə uyğun smartfonların performans reytinqində birinci yerdə qərarlaşıb.

Ondan sonra Snapdragon 7+ Gen 3 ilə təchiz edilmiş OnePlus Ace 3V və Oppo Reno13 Pro gəlir.

Dördüncü və beşinci yerləri Redmi K70E və Oppo Reno13 tutub.

Siyahı Redmi Note 12 Turbo ilə davam edir. İlk onluq bu telefonlarla tamamlanır: Oppo Reno12, iQOO Z8, iQOO Neo7 SE və Redmi Note 882.

Seçilən
158
publika.az

1Mənbələr