AZ

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxa bilər

Budapeşt, 3 aprel, AZƏRTAC

İsrailin Baş naziri Binyamin Netanyahunun Macarıstana səfəri fonunda bu mərkəzi Avropa ölkəsinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxacağı ilə bağlı məlumat yayılıb.

AZƏRTACIsrael Hayom” nəşrinə istinadla xəbər verir ki, bu hadisə yəhudi dövlətinin Baş nazirinin Budapeştə planlaşdırılmış səfəri ilə üst-üstə düşür.

Macarıstan mediasının məlumatına görə, əgər Macarıstan BCM-dən çıxma qərarını təsdiqləsə, proses bir il uzana bilər. Hökumət bu qurumda üzvlüyünün dayandırılması ilə bağlı parlamentə qətnamə təqdim etməyi planlaşdırır. Səs çoxluğu ilə qəbul ediləcəyi təqdirdə, BCM-dən çıxmaq barədə rəsmi bəyanat veriləcək.

Qeyd olunan xəbəri şərh edən Avropa Komissiyasının mətbuat katibi Anita Hipper bildirib ki, ölkənin bu niyyəti ilə bağlı quruma rəsmi xəbərdarlıq daxil olmayıb. “Əgər bu xəbər həqiqətdirsə, dərin təəssüf hissi keçirəcəyik”, - deyə o əlavə edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

 

Seçilən
89
2
azertag.az

3Mənbələr