AZ

"Tramp gerçəkdən Kremlin məxfi agentidir?.." - Sabiq baş diplomat nə dedi?..

Donald Trampın “Kremldən təlimatlar aldığını” və tamamilə “Putinin çaldığı havaya oynadığını” söyləmək yanlışdır.
 
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Dmitri Kuleba LIGA.net saytına müsahibəsində Amerika prezidentinin Rusiya və Ukraynaya gerçəkdən necə münasibət bəsləməsindən danışarkən açıqlayıb.
 
"Qeyri-populyar fikir bildirəcəm: Tramp səhər saatlarında Kremldən təlimat kitabçasını almır və bu kitabçanın hansı səhifəsi üzərində işləmək lazım olduğuna qərar vermir. Eyni zamanda, Tramp insanların əhatəsindədir və özü də inanır ki, o, Rusiya ilə həqiqətən də çox yaxşı işlər görə bilər və onun Rusiyaya ehtiyacı var. Amma Ukrayna ona lazım deyil. Bax, budur, vəssalam. Bu adamın dünyaya baxışı belədir" 
 
“Tramp Rusiyanın vacib olduğuna inanır. Onun yanına gəlib deyirlər ki, hər şey o qədər də aydın deyil, Ukraynanın da günahı var. Və Ukraynanın da günahkar olması onun beyninə batır... 
 
Trampın ətrafının bizim Rusiyayönlü hesab etdiyimiz rəvayətləri mediada fəal şəkildə təbliğ etməsi və bütün Tramp seçicilərinin sosial şəbəkələrdə bütün bunları həvəslə qapması həqiqətdir, bu, faktdır.
 
Amma mən düşünmürəm ki, Tramp bunu öz işini görməyə ehtiyacı olan bir agent kimi edir”, - deyə keçmiş nazir izah edib.
 
S.Laçın
Seçilən
116
moderator.az

1Mənbələr