Mərkəzi Seçki Komissiyasının (MSK) avadanlıqların alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.
Pravda.az-ın xəbərinə görə,bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Alınacaq avadanlıqlara krant, izolyasiya lenti, naqil üçün başlıq, elektrik tavası, termik və s. daxil olub. Kotirovka sorğusunun ümumi dəyəri 76 621 AZN olub.
Cabir Həsənov
Tarix: 3 Aprel 2025, 08:05