AZ

Fransa Xarici İşlər Nazirliyi: İran danışıqları uğursuz olarsa, münaqişə demək olar ki, qaçılmazdır

Tehranla nüvə proqramı ilə bağlı razılaşma olmadan regionda hərbi münaqişə praktiki olaraq qaçılmazdır.

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

“Danışıqlar uğursuz olarsa, hərbi qarşıdurma demək olar ki, qaçılmaz görünəcək və regionda sabitliyin çox böyük dərəcədə pozulması bahasına olacaq”, – TASS onun sözlərindən sitat gətirir.

ABŞ lideri Donald Trampın NBC telekanalına verdiyi müsahibədə əvvəllər xəbərdarlıq etdiyi kimi, Tehran nüvə sazişi ilə razılaşmasa, bu, “ əvvəllər heç vaxt görmədikləri bombardmanlara” səbəb ola bilər.

DOĞRU.AZ

Seçilən
86
dogru.az

1Mənbələr