Donald Tramp ABŞ iqtisadiyyatını gücləndirmək məqsədilə yeni ticarət tarifləri tətbiq edəcəyini açıqlayıb.
Ağ Ev, ABŞ-ın tariflərin şamil olduğu təxminən 100 ölkə və bu ölkələrə tətbiq olunacaq tarif nisbətlərinin siyahısını yayımlayıb.
Bu qərarın ABŞ iqtisadiyyatını gücləndirəcəyini iddia edən Trumpın tədbirləri dünya bazarında şok effekti yarada bilər.
10%-lik standart rüsumlar 5 apreldən etibarən demək olar ki, bütün ölkələrə şamil ediləcək.
60 ölkəyə əlavə yüksək tariflər 9 apreldən qüvvəyə minəcək. bu, ABŞ ilə tarif iqtisadi müharibə aparan və ya ticarət maneələri qoyan ölkələrə aid edilir.
Avropa İttifaqı – 20%, Vyetnam – 46%, Tailand – 36%, Yaponiya – 24%, Cənubi Afrika – 30%, Çin 54%, Tayvana 32%lik rüsumlar tətbiq olunacaq.
Kanada və Meksika yeni siyahıda yer almasa da, əvvəlki qaydalar əsasında 25% rüsuma məruz qalacaq.
Başqa sözlə, bu iki ölkəyə əlavə tarif tətbiq edilməyəcək
Trumpın bu addımı qlobal ticarət mübadiləsində ciddi dəyişikliklərə səbəb ola bilər.
Bu qərar xüsusilə fentanil və sərhəd məsələləri ilə bağlı əvvəlki qərarlarla əlaqəlidir.
Prezident, Meksika və Kanadaya qarşı əvvəlcə 25% tarif tətbiq etmiş, amma bəzi istisnalar və təxirə salmalar elan etmişdi.