AZ

Uşaqlar arasında dəhşətli VİRUS yayılıb – Xəstəxanalarda yer TAPILMIR? – SENSASİON AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə uşaqlar arasında qızdırma, qusma və ishalla müşayiət olunan yeni bir yoluxucu xəstəlik yayıldığı bildirilir.

Qeyd olunur ki, xəstələnən uşaqların sayı həddən artıq çoxdur. Bu səbəbdən də uşaq xəstəxanalarında, palatalarda yer tapılmır. Yer qıtlığı üzündən azyaşlılara sistem köçürülüb evə göndərilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bunun şişirdilmiş şəkildə təqdim olunduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Bəşəriyyət yeni ölümcül epidemiya ilə üz-üzə: Bu heyvanlardan keçəcək


“Bu haqda yazılanları mən də oxudum. Təəssüf ki, insanlar bəzən belə şişirdilmiş, emosianallıq qatılmış statuslar yazıb panika yaradırlar. Düzdür, son günlər müraciət edənlər bir qədər çoxdur. Amma epidemiya şəklində deyil”.

Həkim bildirib ki, bu infeksiyalar payızdan bəri mövcuddur:

“Amma bunun epidemiya şəkli alması, xəstəxanaların dolu olması fikri yanlışdır. Ümumiyyətlə, sentyabrdan bəri Azərbaycanda 4-5 növ virus gəzir. Əlamətləri də bir-birinə bənzəyir: qızdırma-qusma, qızdırma-ishal- qusma, qızdırma-səpgi... İlk simptom isə qızdırma olur”.

Pediatr uşaqlarda bu hallar müşahidə olunanda dərhal həkimə müraciət olunmasını tövsiyə edib:

“Valideynlər qusma, ishal müşahidə etdikdə ya sahə həkiminə, yaxud da digər pediatra müraciət etməlidirlər. Xüsusən, körpələr, 3 yaşa qədər uşaqlar xəstələnəndə maye itirir və orqanizm zəifləyir. Onlar da özləri maye qəbul edə bilmədiyi üçün həkim nəzarətində olmalıdır. El dilində desək, onlara sistem qoşulmalıdır ki, orqanizm susuzlaşmasın. Çünki susuzlaşma, sonradan xəstəlik daha ciddi fəsadlara yol açır. Amma evdə saxlayım, dovğa verim, yumurta verim, xalq təbabəti ilə sağaldım deyib arxayınlaşmaq olmaz. Bəzən nənələr olan evlərdə belə hallara rast gəlirik. 3 yaşdan yuxarı uşaqların isə çoxlu maye içməsinə çalışmaq lazımdır. Eləcə də, həkimlə əlaqə saxlayıb dərman təyin oluna bilər”.

Həkim son günlərdə müraciətlərin çox olmasının səbəbini həm də bayram günlərində uşaqların düzgün qidalanmamasıyla əlaqələndirib:

“Bayram günlərindən bu günə qədər uşaqlarda mədə-bağırsaq pozğunluqları ilə bağlı müraciətlər artıb. Bunun da səbəbi odur ki, bizdə bayram süfrəsindəki yeməklərin hamısı həddən artıq yağlı və şirindir. Bu da mədə-bağırsağında problem olan, allergiyaya meyilli uşaqlar üçün zərərlidir. Biz hər il bayramdan qabaq valideynləri xəbərdar eləsək də, vəziyyət dəyişmir. Valideynlər deyilənlərə əməl etmirlər. Ona görə də şikayətlərin, müraciət edənlərin sayı artıb”.

Rəna Cumaqızı, Bizim.Media

 

Seçilən
142
1
bizim.media

1Mənbələr