AZ

Bu ölkə böyük müharibəyə hazırlaşır: Rusiya ilə sərhəddə görün nə tikəcəklər

2025-ci ilin payızında Estoniya Rusiya Federasiyası ilə sərhəddə genişmiqyaslı müdafiə istehkamlarının tikintisinə başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Estoniyanın dövlət televiziyası məlumat yayıb.

Layihə 152 mm-lik artilleriya mərmilərinə tab gətirə bilən 600-ə yaxın beton bunkerin tikintisini nəzərdə tutur.

İlk 14 müdafiə strukturu sərhədin şimal-şərq hissəsində, daha dördü isə cənub-şərq hissəsində olacaq. Layihənin həyata keçirilməsində həm dövlət, həm də özəl torpaq sahələrindən istifadə olunacaq.

Estoniya mühəndis qoşunlarının nümayəndəsi Ainar Afanasyev bildirib ki, tikinti zamanı Ukraynadakı hərbi əməliyyatların təcrübəsi nəzərə alınır. Bundan əlavə, dron əleyhinə şəbəkələrdən və digər qoruyucu vasitələrdən istifadə edilməsi planlaşdırılır.

Seçilən
41
1
publika.az

3Mənbələr