AZ

Ukrayna xüsusi dronlar vasitəsilə Rusiyanın 3 bahalı HHM sistemini məhv etdi... 

Donetsk istiqamətində pilotsuz sistemlər qüvvələri Rusiya işğalçılarının ümumi dəyəri təxminən 50 milyon dollar olan üç hava hücumundan müdafiə sistemini məhv edib. 
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə “Xortitsa"  qüvvələrinin əməliyyat-strateji qrupu məlumat yayıb.
Hərbçilərin məlumatına görə, pilotsuz sistemlər qüvvələrinin 14-cü əlahiddə PUA alayının operatorları iki həftə ərzində düşmənin 3 hava hücumundan müdafiə sistemini aşkar edərək məhv ediblər. Qeyd edildiyi kimi, bunlar dəqiqləşdirilməmiş modifikasiyalı iki "Buk" zenit-raket kompleksi və bir "Tor" zenit-raket kompleksidir.
 
"Bu sistemlər düşmənin hava hücumundan müdafiəsinin mühüm elementidir və onların ümumi dəyəri təqribən 50 milyon dollardır. Onların məhv edilməsi üçün hədəfi əldə edən və avtomatik idarəedici sistemli hücum dronlarından istifadə edilib", - məlumatda deyilir.
 
Əlavə edilir ki, bu cür zərbələr düşmənə milyonlarla dollar itki verən və Ukrayna Müdafiə Qüvvələrinin növbəti əməliyyatları üçün hava məkanını açan hava kəşfiyyatı və hücum PUA operatorlarının koordinasiyalı işinin nəticəsidir.
Seçilən
55
31
moderator.az

10Mənbələr