Milli Məclisin deputatı Məlahət İbrahimqızı vətəndaş qəbulu keçirəcək.
“Yeni Gundem” xəbər verir ki, bu barədə deputat facebook hesabında paylaşım edib.
Əziz Seçicilərim,
Hörmətli 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə yaşayan Sakinlərimiz,
Bildiyiniz kimi hər ayın ilk və son həftəsində Siz, Əziz Seçicilərimlə görüşüb qaldırdığınız məsələləri və üzləşdiyiniz problemləri eşitmək üçün qəbul günümüz keçirilir. Əvvəllər olduğu kimi qəbul günlərimiz ənənəvi olaraq Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının inzibati binasında təşkil olunur.
DİQQƏTİNİZƏ çatdırmaq istəyirəm ki, növbəti belə görüşümüz həftənin cümə axşamı günü – 3 aprel tarixində, saat 16:00-da nəzərdə tutulmuşdur.
Dərin hörmətlə,
Məlahət İbrahimqızı, millət vəkili.
Əlaqələndirici şəxs: +994502552142 Xətai Məmmədli